Duyuru

Daraltma
Henüz duyuru yok.

ALLAHIM(GÜZEL BİR DUA)

Daraltma
X
 
  • Filtre
  • Zaman
  • Göster
Hepsini Temizle
yeni gönderiler

    ALLAHIM(GÜZEL BİR DUA)



    Allahım!

    Aləmlərə Rəbb olan Sənsən.
    Görürsən hər şeyi, Sən öyrətdin mənə görməyi .
    Eşidirsən hər səsi, Sən öyrətdin mənə eşitməyi .
    Bilirsən hər nə varsa, Sən öyrətdin mənə bilməyi .
    Mən "heç nə" idim, Sən var etdin, var oldum.

    Varlığı Sənlə bildim, yoxluğu Sənlə öyrəndim.
    Sən ki, mənə saysız nemətlər bəxş etdin.
    Adlarla təchiz etdin batinimi və zahirimi, həm var həm yar etdin.
    Sən ki, məni dünya evinə buyur etdin, ağırladın, ikram etdin
    Həmd də, şükr də tək Sənədir!

    Sən ki, mənə
    "Danışmaq' üçün 'Dil',
    'Sevmək' üçün 'Ürək'
    'Düşünmək' üçün 'Ağıl' verdin.
    Sən ki, mənə
    'Görmək' üçün 'Göz',
    'Eşitmək' üçün 'Qulaq',
    'Toxunmaq' üçün 'Əl' verdin.

    O qədər kasıbam ki zənginliyin qarşısında, qəbul et acizliyimi.
    O qədər zəifəm ki gücün qarşısında, geri çevirmə çarəsizliyimi.
    O qədər qulam ki, elə bir Rəbsən Sən.
    Sözləri lütfkarlıq etdin mənə.
    Ən gözəl sözlər Sənindir, ən gözəl sözlərim Sənin üçündür.
    Məni bağışla, səhvlərim, qüsurlarım, günahlarım üçün.

    Bilirəm ki Sənin mərhəmətin,
    Comərd torpaqdan daha çoxdur.
    Bilirəm ki, Sənin rəhmətin
    Yağan yağışdan daha çoxdur.
    Yenə bilərəm ki, Sənin şəfqətin
    Ananın uşağına duyduğundan daha çoxdur..

    Qapına qul olaraq gəldim, şərəfdir bu mənim üçün, qarşındayam Ya Rəbb!.
    Qapından girməyə layiq et məni.

    Qapından girib qərq olum sonsuz rəhmətinə, imdad et.
    Məni özünü bilənlərdən et, özündən xəbərsiz etmə məni.
    Məni gözəl bir vəsilə et bu yalan dünyada, salma şər yollara.

    Məni İmana əhil, İslama dəlil, Həqiqətə ram, Səadətə məram et.
    Yaratdığın 'Su' və 'Torpaq' və 'Hava' və 'Atəş' hikmətinə,
    'Əşrəfi Məxluqat' sirrinə çatdır məni Ya Rəb! .
    Əlifdən Ya'ya, anlamağı və başa düşülməyi nəsib et

    Amin…
    QUR WAY IS THE WAY OF İMAM MOOSA AL KADHEM
    WHO TEACHED US TO LİVE IN THE PRISON......

    #2
    Ynt: ALLAHIM(GÜZEL BİR DUA)

    Qapına qul olaraq gəldim, şərəfdir bu mənim üçün, qarşındayam Ya Rəbb!.
    Qapından girməyə layiq et məni.

    Allahumme salli ala Muhammed ve ali Muhammed ve eccil ferecehum vel en eda ehum.Allah razı olsun güzel dua için...
    ''Ali Şii'si,sözü amelini doğrulayan,sözüyle ameli uyuşan kimsedir.''[El-Kafi,c.8,s.228]

    Yorum


      #3
      Ynt: ALLAHIM(GÜZEL BİR DUA)

      cümlemizden...
      QUR WAY IS THE WAY OF İMAM MOOSA AL KADHEM
      WHO TEACHED US TO LİVE IN THE PRISON......

      Yorum

      YUKARI ÇIK
      Çalışıyor...
      X